• Bakı 19° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Kaleriya Kislova vəfat etdi

MƏDƏNİYYƏT

11 May 2025 | 14:58

Kaleriya Kislova vəfat etdi

"Vremya" verilişinin keçmiş rejissoru, SSRİ Dövlət Mükafatı laureatı Kaleriya Kislova 100 yaşında vəfat edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Kaleriya Venediktovna Kislova öz xatirələrində təkcə görkəmli rəhbər deyil, həm də dərin, səmimi insan hesab etdiyi Heydər Əliyev haqqında xüsusi səmimiyyətlə danışırdı. Sovet televiziyasının əfsanəsi Azərbaycandakı fəaliyyətinin onda ən xoş təəssürat yaratdığını, Heydər Əliyevlə münasibətlərinin isə zamanla səmimi dostluğa çevrildiyini dəfələrlə vurğulayıb.

K.Kislova 1926-cı ildə Sibirdə anadan olub, Rusiya Teatr Sənəti Universitetini bitirib. 1961-ci ildən SSRİ Mərkəzi Televiziyasında işləyib, 1977-ci ildən isə informasiya proqramlarının baş rejissoru olub. O, yarım əsrdən çox informasiya xidmətində çalışaraq sovet və Rusiya televiziyası tarixində ən hörmətli şəxslərdən birinə çevrilib.


SON XƏBƏRLƏR

11 May 2025
10 May 2025