Milli Məclisdə Cahangir Novruzovun ölkəyə qayıtması məsələsi qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.
Onun sözlərinə görə, sənət məbədimizdə bu gün dava-dalaş gedir.
"Sənət mühiti görün nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Əlaqədar təşkilatlar Cahangir Novruzovla danışıb, onu vətənə dəvət etsinlər”.
Mina Mikayılova