Bu il Belarusda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində belaruslu həmkarı Aleksandr Turçinlə geniş tərkibli görüşdə bildirib.
“Biz sosial sferada, o cümlədən dövlət xidmətləri sahəsində əməkdaşlıq perspektivləri görürük. Sevindirici haldır ki, bu gün bu sahədə əməkdaşlığa dair ikitərəfli sənədlər imzalanacaq. Biz humanitar əməkdaşlığın inkişafına üstünlük veririk. Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ənənəsini bərpa etməyimiz vacibdir. Ötən il aprelin əvvəlində Azərbaycanda Belarus Mədəniyyəti Günləri keçirilib. Gündəlikdə 2025-ci ildə Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi yer alıb”, - Baş nazir qeyd edib.