• Bakı 18° C

    10.66 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Füzuli Hüseynov "Azdrama"nın Bədii Şurasından çıxarıldı - Töhmət verildi

MƏDƏNİYYƏT

30 May 2025 | 19:42

Füzuli Hüseynov Azdramanın Bədii Şurasından çıxarıldı - Töhmət verildi

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.

Bu barədə Bakıvaxtı.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda bildirilib ki, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib.

    Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.

    "Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - qeyd edilib.

    Xatırladaq ki, Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında Füzuli Hüseynovla Əli Nur arasında əlbəyaxa dava baş vermişdi. Davaya səbəb Əli Nurun kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etirazı olmuşdu. Əli Nur Füzuli Hüseynovu polisə şikayət etmişdi. 


    SON XƏBƏRLƏR

    31 May 2025