• Bakı 24° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycanda Rusiya ilə bağlı bütün mədəniyyət tədbirləri ləğv edildi

MƏDƏNİYYƏT

29 Iyun 2025 | 12:00

Azərbaycanda Rusiya ilə bağlı bütün mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində azərbaycanlılara qarşı etnik mənsubiyyət zəminində hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri, eləcə də son dövrlərdə bu kimi halların sistematik xarakter alması fonunda Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələr tərəfindən həyata keçirilməsi planlaşdırılan bütün mədəniyyət tədbirləri – konsertlər, festivallar, tamaşalar, sərgilər və digər tədbirlər ləğv edilib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, tədbirlərə biletlər almış şəxslər biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər.


SON XƏBƏRLƏR

28 Iyun 2025