• Bakı 25° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Azərbaycan Almaniyada X Forecast Forumunda təmsil olunub

MƏDƏNİYYƏT

22 Iyul 2025 | 14:42

Azərbaycan Almaniyada X Forecast Forumunda təmsil olunub

Almaniyanın paytaxtı Berlində müasir bədii konsepsiyaların və fənlərarası eksperimentlərin təqdim olunduğu nüfuzlu beynəlxalq platforma kimi tanınan X Forecast (Proqnoz) Forumu keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə səs və performans sənətçisi İbrahim Babayev forumda ölkəmizi təmsil edib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İ.Babayevin qədim muğam irsini müasir media və səhnə sənəti ilə birləşdirən “MughaMutations” layihəsi minlərlə müraciət arasından seçilərək Böyük Britaniyadan vokalçı və performans sənətçisi Elayn Mitçenerin mentorluğu ilə üç finalçıdan biri olub.

Forum çərçivəsində Berlindəki “Radialsystem” səhnəsində “MughaMutations” layihəsinin təqdimatı olub və böyük maraqla qarşılanıb.

Qeyd edək ki, layihənin vizual konsepsiyası media sənətçisi Timur Əmirxana, kuratorluğu isə Könül Rəfiyevaya məxsusdur.


SON XƏBƏRLƏR