• Bakı 26° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Şuşada “Üzeyir bəy deyərdi ki...” tamaşası nümayiş olundu

MƏDƏNİYYƏT

23 Iyul 2025 | 16:42

Şuşada “Üzeyir bəy deyərdi ki...” tamaşası nümayiş olundu

İyulun 23-də Şuşada davam edən Vaqif Poeziya Günləri çərçivəsində Natəvanın evinin qarşısında “Üzeyir bəy deyərdi ki...” adlı tamaşa təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, tamaşa böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

Nümayişdən əvvəl Mədəniyyət Nazirliyinin teatrşünas əməkdaşı Dağlar Yusif çıxış edərək Şuşanın mədəniyyət və müharibə arasında qalibiyyət simvolu olduğunu vurğulayıb.

Əməkdar artist Loğman Kərimovun quruluşçu rejissoru olduğu, şair-dramaturq İlqar Fəhminin ssenarisini yazdığı səhnə əsərində Üzeyir bəyin müxtəlif felyetonları əsasında hekayə qurulub.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları tərəfindən ifa olunan tamaşada Üzeyir Hacıbəylinin əsərlərindən musiqi parçaları da səsləndirilib. Həmçinin, səhnə işində Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Səməd Mənsurun şeirlərindən nümunələr yer alıb.

Poeziya bayramına toplaşan tamaşaçılar səhnə əsərini böyük maraq və alqışlarla qarşılayıblar.


SON XƏBƏRLƏR

23 Iyul 2025