Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Xalq artistinin vəziyyəti ağırdır.
19:24
Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev Bakıya yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.
"Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır", - A.Babayevin yaxınları söyləyib.
Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
***15:43
23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən verilən məlumata görə, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.
"Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.
Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır" - qurumdan qeyd edilib.
***
14:21
Xalq artisti Arif Babayev reanimasiyaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Yaşar Babayev məlumat verib.