• Bakı 22° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Əməkdar artist xəstəxanaya yerləşdirildi

MƏDƏNİYYƏT

27 Iyun 2025 | 20:42

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər məlumat verib.

Veriliş zamanı aktyor özü də xəstəxanadan görüntülü bağlantı ilə efirə qoşularaq vəziyyəti barədə danışıb.

Rəhman Rəhmanov bildirib ki, son günlərdə burnunda şiddətli qanaxmalar baş verib:

"65 yaşım var, bu günə qədər burnumdan qan gəldiyini görməmişdim. Dörd gündür ki, mütəmadi şəkildə burnumdan sel kimi qan axırdı. Gecə saatlarında təcili yardıma müraciət etdim və xəstəxanaya aparıldım. Orada qanaxma dayandırıldı. Lakin evə qayıtdıqdan sonra qan yenidən axmağa başladı. Daha sonra başqa bir həkimə müraciət etdim. İndi vəziyyətim stabildir və ümid edirəm ki, tezliklə tam sağalacağam".


SON XƏBƏRLƏR

27 Iyun 2025