• Bakı 30° C

    7.21 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

MƏDƏNİYYƏT

30 May 2025 | 14:34

Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Mədəniyyət naziri Adil Kərimli mayın 30-da Siyəzən şəhərində vətəndaşları qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qəbuldan öncə Adil Kərimli və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Ümummilli lider Heydər Əliyevin Siyəzən şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi və Siyəzən rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025