• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Məşhur Nobel mükafatıçısı ÖLDÜ

MƏDƏNİYYƏT

14 Aprel 2025 | 11:56

Məşhur Nobel mükafatıçısı ÖLDÜ

Məşhur Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Losa 89 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Alvaro bildirib.

“Böyük ağrı ilə sizə xəbər veririk ki, atamız Mario Varqas Losa bu gün Limada ailəsinin əhatəsində dünyasını dəyişib”, - o, X sosial şəbəkəsində yazıb.

Varqas Losa 1936-cı ildə Peruda anadan olub. O, Latın Amerikası nəsrinin “bumu”nun yaradıcılarından biri hesab olunur. 2010-cu ildə Losa "hakimiyyət strukturlarını təsvir etdiyinə və insan müqaviməti, üsyanı və məğlubiyyətinin parlaq obrazlarına görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.

Varqas Losanın Leoncio Prado hərbi məktəbindəki həyatından bəhs edən ilk romanı olan "Şəhər və itlər" (1963) Limada qalmaqala səbəb olmuş və SSRİ-də kult kitabı hesab edilmişdr. Roman hətta SSRİ və ABŞ-da da lentə alınıb.

Mario Varqas Losa 30-dan çox roman, esse və pyeslərin, o cümlədən "Yaşıl ev", "Kafedraldə söhbət", "Kapitan Pantaleon və yaxşı xidmətlər şirkəti", "Palomino Moleronu kim öldürdü?", "Yuliya xala və yazıçı", "Müharibənin sonu", "Onun dünyası" romanlarının müəllifidir. Yazıçı əsərlərində kəskin sosial məsələlərə toxunub.

Losa həm də siyasi karyerası ilə tanınırdı. 1990-cı ildə Demokratik Cəbhə partiyasının namizədi kimi Peru prezidentliyinə namizəd olub. O, İspaniya Kral Akademiyasının üzvü, Avropa və Amerikanın bir sıra universitetlərinin fəxri doktoru, Fransanın Fəxri Legion ordeninin laueratıdır. Varqas Losa İspaniya və Peruda ikili vətəndaşlığa sahib idi.


SON XƏBƏRLƏR