• Bakı 12° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub - FOTOLAR

MƏDƏNİYYƏT

17 Mart 2025 | 19:46

Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub - FOTOLAR

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova qonağa muzeyin tarixi, fəaliyyəti, zəngin kolleksiyaları, qədim xalçaçılıq ənənələrimiz barədə ətraflı məlumat verib.

V.Matviyenko muzeyə Azərbaycanın nadir mədəni-tarixi irsinin qorunub saxlanılması və təbliği istiqamətində fəaliyyətində uğurlar və tərəqqi, əməkdaşlara isə nəcib işlərində nailiyyət arzulayıb. Sonra qonaq xatirə kitabına öz xoş təəssüratlarını yazıb.

Valentina Matviyenkoya muzeyin 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə edilib.


SON XƏBƏRLƏR

17 Mart 2025