• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

"Çempion titulları saxtadır" - Araz Musayevlə bağlı açıqlama

İDMAN

17 Mart 2025 | 18:26

Çempion titulları saxtadır - Araz Musayevlə bağlı açıqlama

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli 38 nömrəli Qərarı ilə “Azərbaycan Kikboksinq Federasiyası” İctimai Birliyinin fəaliyyət istiqamətinə muaytay idman növü və onun fənləri əlavə edilərək ölkə ərazisində yayılan idman növləri kimi tanınmışdır. Bu qərara əsasən Azərbaycan Kikboksinq Federasiyasının razılığı olmadan ölkə ərazisində, beynəlxalq muaytay idman təşkilatlarının keçirdiyi yarışlarda iştirak edən və bu yarışlarda nailiyyət əldə edən idmançıların nəticələri qeydə alınmayacaqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

Qeyd edilib ki, özünü 9 qat dünya və Avropa çempionu kimi qələmə vermiş Araz Musayev Furqan oğlu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyal qərarına qarşı itaətsizlik edir, federasiyasımıza qarşı əsassız iddialar səsləndirir. Onun iddia etdiyi nəticələr isə həqiqətə uyğun deyil.

!Araz Musayev Furqan oğlunun “WAKO” kikboksinq təşkilatının 2000-ci ildə keçirilmiş Avropa çempionatında əldə etdiyi nailiyyətdən (III yer) başqa bir nailiyyəti yoxdur, digər özünü elan etdiyi titulların həqiqiliyini sübut etmək üçün heç bir mənbədə öz əksini tapmamışdır.

Onun əksər qeyd etdiyi nailiyyətlər saxtadır. Hal-hazırda ölkəmizdə müxtəlif idman yarışlarından, idman festivallarından diplom əldə etmiş və özünü saxta dünya və Avropa çempionu kimi təqdim edən onlarla belə idmançı vardır.

Əlavə olaraq bildiririk ki, Musayev Araz Furqan oğlunun iddia etdiyi 9 qat dünya və Avropa çempionu kimi titulları rəsmi sənədlərlə təsdiq olunmadığından həqiqəti əks etdirmir, saxtadır", - deyə Federasiyanın məlumatında deyilir. 


SON XƏBƏRLƏR