Türkiyə Ermənistanla münasibətlərin inkişafı üçün şərtlərini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan konstitusiyasını dəyişəndən və Minsk Qrupu ləğv olunandan sonra Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi də sürətlənəcək.
Sözçü bildirib ki, ATƏT-in Minsk Qrupu artıq ləğv edilməlidir.
Ö.Çelik, həmçinin qeyd edib ki, Minsk Qrupunun missiyası daha faktiki olaraq yoxdur: “Minsk Qrupunun həll prosesinə töhfəsi olmayıb”.