• Bakı 10° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

2 müsəlman ölkəsi İrana qarşı hərbi əməliyyatlara QOŞULUR

DÜNYA

24 Mart 2026 | 13:15

2 müsəlman ölkəsi İrana qarşı hərbi əməliyyatlara QOŞULUR

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlara qoşula bilər, çünki Tehran onların ərazilərinə zərbələr endirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı artıq ABŞ-ın ölkənin qərbindəki "Kral Fəhd" aviabazasından istifadə etməsinə icazə verib və ölkənin münaqişəyə qoşulmaq qərarı "yalnız zaman məsələsidir".

Qeyd edək ki, keçən həftə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhan əl-Səud bildirib ki, "Səudiyyə Ərəbistanının səbri sonsuz deyil". /Apa


SON XƏBƏRLƏR

23 Mart 2026