• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə... - FOTO

CƏMİYYƏT

24 Mart 2026 | 12:34 | Müəllif: Subhan Mahmudov

Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə... - FOTO

Ağsuda torpaq sürüşməsi qeydə alınıb. Hadisə 4 hərəkət zolaqğı olan Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Quzey kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakıvaxtı.az xəbər verir ki, torpaq sürüşməsi zamanı uzunluğu təxminən 30, eni 20, dərinliyi isə 4 metr olan yarğan əmələ gəlib. Sürüşmə zamanı ərazidəki meşə ağacları torpaq altında qalıb, yolun mühafizə zolağı isə tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, bayram tətili günləri ilə əlaqədar sözügedən yolda paytaxtdan şimal-qərb rayonlarına və əks istiqamətdə avtomobillərin intensiv hərəkəti müşahidə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilib ki, sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə zolağında qeydə alınıb. Aparılan ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ qaydada tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır./Azərtac


Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə... - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026