• Bakı 10° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Fars körfəzi qaynar nöqtəyə çevrilir: Region müharibəyə gedir

SİYASƏT

24 Mart 2026 | 12:36

Fars körfəzi qaynar nöqtəyə çevrilir: Region müharibəyə gedir

"İran elitasında hakimiyyəti faktiki olaraq qəsb etmiş qruplaşma öz məqsədinə, region ölkələrini müharibəyə cəlb etməyə çox yaxınlaşıb".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

Keçmiş XİN başçısı bildirib ki, əleyhdarların sayının kritik həddə qədər artması İranın iqtisadi və mülki infrastrukturunun dağılmasını fəlakətli hala gətirəcək: 

"Həmçinin, sivilizasiya tənəzzülünü tarixi baxımdan geri dönməz hala gətirəcəyini yenidən təkrar etməyə ehtiyac yoxdur. Bunu ölkənin bəyan edilən maraqlarına xəyanətdən başqa bir amillə izah etmək mümkün deyil". 

 *Tofiq Zülfüqarov: Əleyhdarların sayının artması İranı fəlakətli hala gətirəcək* 

Onun sözlərinə görə, "sifarişçilər" ilə çox sıx və operativ koordinasiya o deməkdir ki, ölkə daxilində bu kursa qarşı çıxanlara yönəlmiş "öldürücü və ünvanlı seleksiya" davam etdiriləcək:

"Fars körfəzinin ərəb ölkələrini hərbi əməliyyatlara sürükləmək taktikası artıq reallaşmağa çox yaxındır. Əgər bu baş verərsə, Səudiyyə Ərəbistanı və Qətərin Pakistan və Türkiyə kimi müttəfiqləri də aktiv hərbi əməliyyatlarda iştirak etmək məcburiyyətində qalacaqlar. Bu ssenarinin İran üçün bütün məntiqsizliyinə rəğmən, daxildəki "köstəbəkləri" artıq dayandırmaq mümkün deyil".

Aydın Baxış


SON XƏBƏRLƏR

23 Mart 2026