• Bakı C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb- VİDEO

CƏMİYYƏT

24 Mart 2026 | 18:58

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

    Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

    Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


    SON XƏBƏRLƏR

    23 Mart 2026