• Bakı 10° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

DÜNYA

24 Mart 2026 | 13:46

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 24-də Beştəpədə Nazirlər Kabinetinin toplantısında Hörmüz boğazı və enerji bazarına dair məsələlər də müzakirə olunacaq.

Bakıvaxtı.az "Hurriyet.com"-a istinadən xəbər verir ki, toplantının gündəliyində Yaxın Şərqdəki müharibənin gedişatı və onun Türkiyəyə təsirləri mövzusu da yer alıb.

Məlumata görə, hökumətin iclasında İrandan atılan Türkiyənin hava məkanına yönələn raketlərə qarşı görülən tədbirlər qiymətləndiriləcək.

Toplantıda həmçinin mövcud müdafiə infrastrukturunun nəzərdən keçirilməsi, əlavə tədbirlərin zəruriliyinin də müzakirə ediləcəyi gözlənilir.

Eyni zamanda, Hörmüz boğazına dair vəziyyət, onun bağlanması ehtimalının qlobal enerji tədarükünə təsirləri qiymətləndiriləcək.

Artan neft qiymətlərinin daxili bazara təsirləri ilə qiymət sabitliyinin qorunmasına yönəlik atıla biləcək əlavə addımlar da müzakirə ediləcək.


SON XƏBƏRLƏR

23 Mart 2026