• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Zelenski Ukrayna ordusu ilə bağlı QANUN imzaladı

DÜNYA

17 Mart 2025 | 18:18

Zelenski Ukrayna ordusu ilə bağlı QANUN imzaladı

Volodimir Zelenski hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələrini digər dövlətlərə göndərmək hüququ haqqında qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Radanın saytında bildirilib.

Qanun Ukrayna parlamenti tərəfindən fevralın 25-də qəbul edilib. Sənədə əsasən, hərbi vəziyyət dövründə USQ bölmələri digər dövlətlərə göndərilə və belə dövlətlərin ərazisində milli təhlükəsizlik və müdafiənin təmin edilməsi, Ukraynaya qarşı silahlı təcavüzün dəf edilməsi və qarşısının alınması, onun suverenliyi və ərazi bütövlüyünün qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə yerləşdirilə bilər.

Hərbi vəziyyət zamanı USQ bölmələrinin digər dövlətlərə göndərilməsi barədə qərarı prezident qəbul edir və eyni zamanda, onun təsdiqlənməsi üçün Radaya qanun layihəsi təqdim edir. Qanun layihəsi ilə birlikdə dövlət başçısı vəzifələr, bölmələrin ümumi sayı, silah və hərbi texnikanın növləri və tərkibi, tabeçilik, qalma müddətləri barədə məlumat təqdim edir./oxu.az


SON XƏBƏRLƏR