• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Saakaşviliyə əlavə həbs cəzası verildi

DÜNYA

17 Mart 2025 | 11:40

Saakaşviliyə əlavə həbs cəzası verildi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili qanunsuz sərhəd keçidi ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu cəza onun büdcə vəsaitlərinin israfına görə əvvəlki 9 illik həbsinə əlavə olunub.

Beləliklə, Saakaşvili ümumilikdə 12 il 6 ay həbsdə qalacaq. Onun həbs müddəti 1 oktyabr 2021-ci ildən hesablanır.

Sabiq prezident 29 sentyabr 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıtmış, həmin vaxt artıq qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi. 2022-ci ildən cəzasını “Vivamed” klinikasında çəkir. Eyni zamanda, ona qarşı 7 noyabr 2007-ci il hadisələri ilə bağlı məhkəmə prosesi davam edir.


SON XƏBƏRLƏR