• Bakı 18° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

ABŞ Dövlət Departamenti 139 xarici proqramı ləğv edib

DÜNYA

16 Aprel 2025 | 11:17

ABŞ Dövlət Departamenti 139 xarici proqramı ləğv edib

ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə, o cümlədən Ermənistan, Belarus, Moldova və Qırğızıstanda xarici yardım layihələrinin maliyyələşdirilməsini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Hökumət Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.

"Dövlət katibi Marko Rubio Dövlət Departamentinin xaricə yardımını diqqətlə nəzərdən keçirməyə davam edir. Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrant ləğv edilib", - məlumatda bildirilib.

Ləğv edilən layihələr arasında 2,4 milyon dollar dəyərində "Belarusda yaradıcı kontent vasitəsilə dezinformasiyaya qarşı mübarizə" proqramı da var.


SON XƏBƏRLƏR

25 Aprel 2025