• Bakı 15° C

    9.09 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

“Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır” - Mertz

DÜNYA

16 May 2025 | 09:17

“Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır” - Mertz

Almaniya kansleri Fridrix Mertz bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə ZDF telekanalına müsahibəsində deyib.

“Bu paket hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb”, - kansler qeyd edib.

Eyni zamanda, Almaniya hökumətinin başçısı sanksiyaların dərhal qüvvəyə minəcəyini vurğulayıb.

“Onlar (red. - məhdudiyyətlər) hazırdır, qüvvəyə minir və növbəti sanksiya paketi hazırlanır”.


SON XƏBƏRLƏR