ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə İran ətrafındakı vəziyyətlə bağlı ətraflı müzakirələr apardığını, Ukrayna məsələsinə də toxunduğunu bildirib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Sosial”da yazıb.
"Prezident Putin bu gün səhər mənə zəng etdi ki, məni ad günüm münasibətilə çox mehribanlıqla təbrik etdi, ən əsası, onun çox yaxşı tanıdığı İran haqqında danışdım. Biz çox ətraflı danışdıq. Rusiya ilə Ukrayna arasındakı vəziyyətə çox az vaxt sərf olundu", - Amerika lideri qeyd edib.
Tramp Putinlə telefon danışığının yekununa əsasən bildirib ki, İran və İsrail arasında münaqişəyə son qoyulması zərurətində onunla həmfikirdir.
"Mənim kimi o da hesab edir ki, İsrail və İran arasındakı bu müharibə bitməlidir. Mən izah etdim ki, onun da müharibəsi bitməlidir", - paylaşımda qeyd olunur.