• Bakı 25° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Jorje Jezuş "Əl-Nəsr"in baş məşqçisi təyin edilib

DÜNYA

14 Iyul 2025 | 23:48

Jorje Jezuş Əl-Nəsrin baş məşqçisi təyin edilib

Portuqaliyalı mütəxsəssis Jorje Jezuş Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi təyin edilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti açıqlanmayıb.

Xatırladaq ki, iyulun 25-də "Əl-Nəsr" 2024-cü ilin sentyabrından komandanı çalışdıran italiyalı Stefano Piolinin baş məşqçi postundan getdiyini elan edib.

Jezuşun 70 yaşı var, o, 2023-2025, , həmçinin 2018-2019-cu illərdə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda üç dəfə Səudiyyə Ərəbistanı Superkubokunu, bir dəfə ölkə çempionluğunu və kuboku qazanıb. Daha əvvəl Jesuş "Benfika", "Flamenqo", "Fənərbağça" və digər klubların sükanı arxasında olub.


SON XƏBƏRLƏR

14 Iyul 2025