• Bakı 30° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Zelenski: Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq

DÜNYA

15 Iyul 2025 | 00:27

Zelenski: Almaniya və Norveç Ukrayna üçün Patriot alacaq

Prezident Volodimir Zelenski təsdiqləyib ki, Almaniya və Norveç Ukrayna üçün "Patriot" zenit-raket komplekslərini alacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, o bu barədə Telegram kanalında yayımlanan müraciətində bildirib.

Zelenski vurğulayıb ki, Almaniya iki, Norveç isə bir "Patriot" üçün ödəniş etməyə hazırdır.

İyulun 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtondan Ukraynaya yeni silah tədarükünə "Patriot"lar da daxil olacaq. Onun sözlərinə görə, ümumilikdə 17 zenit-raket kompleksinin tədarükü nəzərdən keçirilir.


SON XƏBƏRLƏR

14 Iyul 2025