• Bakı 30° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

CNN ABŞ-nin hərbi sirrini efirdən yaydı

DÜNYA

15 Iyul 2025 | 00:00

CNN ABŞ-nin hərbi sirrini efirdən yaydı

ABŞ Prezidenti Donald Tramp CNN telekanalını İrana qarşı planlaşdırılan hərbi əməliyyatın vaxtını öncədən açıqlamaqla təhlükəsizlik riskinə səbəb olmaqda günahlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu açıqlamanı jurnalistlərə verdiyi bəyanatda səsləndirib.

“CNN-ə baxırdım və gördüm ki, onlar demək olar ki, hər şeyi bilirdilər. Məsələn, bizim nə vaxt İranın hava məkanına daxil olacağımızı. Dedim ki, bu, çox qəribədir”, – deyə o bildirib.

Tramp qeyd edib ki, bu məlumatı eşitdikdən dərhal sonra müdafiə naziri və hərbi komandanlıqla əlaqə saxlayaraq əməliyyatın təxirə salınmasına qərar verib. Onun sözlərinə görə, gözlənilməzlik amili daha üstün sayıldığı üçün hücum başqa tarixə keçirilib.

Daha sonra Tramp planlaşdırılmış hücumu tam eyni gündə, lakin fərqli istiqamətdə həyata keçirdiklərini əlavə edib: “Təyyarələr havaya qalxdı və bu dəfə Quma doğru yönləndirildi”.


SON XƏBƏRLƏR

14 Iyul 2025