• Bakı 15° C

    9.09 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Bu ölkələr sosial şəbəkələrlə bağlı yaş məhdudiyyəti tətbiq edə bilər

DÜNYA

16 May 2025 | 10:23

Bu ölkələr sosial şəbəkələrlə bağlı yaş məhdudiyyəti tətbiq edə bilər

Fransa, İspaniya və Yunanıstan sosial şəbəkə istifadəçiləri üçün məcburi yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı əldə etdiyi sənədlərə istinadən “Bloomberg” agentliyi yayıb. 

Məlumata görə, bu ölkələrin rəqəmsal texnologiyalardan məsul nazirləri Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə öz səylərini koordinasiya etməyi müzakirə edəcəklər. Sözügedən görüşün isə iyunun 6-da keçiriləcəyi planlaşdırılır. 

Məhdudiyyətlərin yeniyetmələrə şamil ediləcəyi və bu tədbirlər çərçivəsində cihazlarda yaşın yoxlanılması üçün sistemlərin yaradılacağı gözlənilir. 

Xatırladaq ki, Avstraliya 2024-cü ilin noyabrında 16 yaşdan aşağı şəxslərə sosial şəbəkələrdən istifadə etməyi və yeni hesablar yaratmağı qadağan edib.


SON XƏBƏRLƏR