• Bakı 19° C

    12.66 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Sumqayıtda şəhid Yusif Məmmədov dəfn edilib - YENİLƏNİB

CƏMİYYƏT

16 May 2025 | 12:23

Sumqayıtda şəhid Yusif Məmmədov dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif Mirzəli oğlu Məmmədovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

12:12

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif Mirzəli oğlu Məmmədovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Yusif Mirzəli oğlu Məmmədovla 1972-ci il iyunun 29-da Sumqayıtda anadan olub. O, 1994-cü il fevralın 2-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Y.Məmmədov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.


SON XƏBƏRLƏR