• Bakı 23° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

24 May 2025 | 11:26

Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 mm-dir.

Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir.

Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.


SON XƏBƏRLƏR