• Bakı 24° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - YENİLƏNİB

HADİSƏ

06 Iyun 2025 | 17:05

Ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - YENİLƏNİB

06.06.2025-ci il tarixində saat 15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib.

    Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

    Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

    Vəziyyəti ağır olan 1 nəfərin isə (qadın cinsli) xəstəxanaya daxil olan kimi ölüm faktı qeydə alınıb.

    ***

    16:06

    Tovuzda ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

    Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.

      Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
      ***

      Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Ölən və xəsarət alan şəxslər qadın olub.

      Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, iki nəfərin arasında mübahisə düşüb və balta ilə xəsarət yetirilib.

        Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

        ***

        15:40

        Tovuzda yanğın hadisəsi baş verib.

        Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, hadisə rayon ərazində qeydə alınıb.

          Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğının söndürülməsi istiqamətində işlər gedir.

          İlkin məlumata görə, ev mübahisə zamanı ailə üzvlərindən biri tərəfindən yandırılıb.

          Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

          Faktla bağlı araşdırma aparılır.


          SON XƏBƏRLƏR

          06 Iyun 2025