• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağcabədidə 300-ə yaxın çətənə və silah-sursat aşkarlandı

HADİSƏ

05 Iyul 2025 | 17:49 | Müəllif: Gülşən Şərif

Ağcabədidə 300-ə yaxın çətənə və silah-sursat aşkarlandı

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olan Şıxəli İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Ş.İsmayılovun yaşadığı ünvana baxış zamanı onun həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həmçinin yardımçı tikililərdə qurudulmaq üçün asılmış 83 ədəd çətənə bitkisi, həşiş qətranı, marixuana və çətənə toxumları da aşkar olunub.

Əlavə olaraq, həmin ünvandan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, bu silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şıxəli İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026