• Bakı 34° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb - YENİLƏNİB

HADİSƏ

04 Avqust 2025 | 13:53

Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb - YENİLƏNİB

Sumqayıtda 6 aylıq körpənin ölümü ilə bağlı açıqlama verilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə,”01.08.2025-ci il tarixində saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2025-ci təvəllüdlü körpə hospitalizasiya olunub.

Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozu təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olan körpənin həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 02.08.2025-ci il tarixində saat 14:30 radələrində beyin ödəmi səbəbindən ölüm faktı qeydə alınıb.”

***

11:24

Sumqayıtda körpə vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə avqustun 2-si saat 17 radələrində şəhərin 10-cu məhəlləsində yerləşən Sumqayıt Şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.

Sumqayıt şəhər sakini 07.02.2025-ci il təvəllüdlü Alparslan Elməddin oğlu Cəfərli xəstəxanada infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 Avqust 2025