• Bakı 23° C

    13.62 m/s

Bakıda külək ağacı avtobusun üzərinə AŞIRDI - VİDEO

HADİSƏ

06 Iyul 2025 | 15:10

Bakıda külək ağacı avtobusun üzərinə AŞIRDI - VİDEO

Bakıda ağac avtobusun üzərinə aşıb.

Bakıvaxtı.az xəbər verir ki, “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva hadisənin bu gün saat 12 radələrində baş verdiyini bildirib.

"3 nömrəli marşrut xətti üzrə hərəkət edən, 99-JU-368 dövlət qeydiyyat nişanlı avtobus Abay Kunanbayev küçəsi 145 ünvanında dayanacaqda dayandığı zaman qeyri-sabit və küləkli hava şəraiti səbəbindən yaxınlıqda yerləşən ağacın budağı qırılaraq avtobusun üzərinə düşüb".

Avtobusu sürücü Məzahir Rüstəmov hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmadığını deyib. 

Sərnişinlərin təhlükəsizliyinin və daşınmanın fasiləsizliyinin təmin olunması məqsədilə “BakuBus” MMC tərəfindən operativ tədbirlər görülüb. Sərnişinlər eyni marşrut xətti üzrə hərəkət edən digər avtobusa yönləndiriliblər, marşrutun hərəkət qrafiki isə qısa müddət ərzində tam şəkildə bərpa olunub.

Hadisə ilə bağlı dərhal aidiyyətı qurumlara məlumat verilib.


SON XƏBƏRLƏR

21 Avqust 2025