• Bakı 26° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Kanalda batan yeniyetmənin meyiti TAPILDI

HADİSƏ

05 Iyul 2025 | 18:21

Kanalda batan yeniyetmənin meyiti TAPILDI

Xəbər verildiyi kimi, 3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026