• Bakı 24° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Simonyan: Ermənistan Rusiya ilə fəal əməkdaşlığa hazırdır

DÜNYA

06 Iyun 2025 | 15:33

Simonyan: Ermənistan Rusiya ilə fəal əməkdaşlığa hazırdır

Ermənistan Rusiya ilə fəal əməkdaşlığa və uzunmüddətli tərəfdaşlığın inkişafına hazırdır.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Ermənistan Respublikası Rusiya Federasiyası ilə konstruktiv dialoq, etimad və tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı əsasında fəal əməkdaşlığa hazırdır. Biz uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmişik”, - o, İrəvanda Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

Simonyan qeyd edib ki, İrəvan Moskva ilə münasibətlərdə bütün müsbət cəhətləri yüksək qiymətləndirir. “Bu ilin əvvəlindən Rusiya ilə dialoqun intensivləşdiyini qeyd etməkdən məmnunam”, - o bildirib.

Ermənistan parlamentinin sədri həmçinin vurğulayıb ki, Valentina Matviyenkonun səfəri çərçivəsində parlamentlərarası komissiyanın növbədənkənar iclasının keçirilməsi tərəflərin dinamik dialoqun davam etdirilməsində qarşılıqlı marağından və ölkələr arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi istəyindən xəbər verir.

Öz növbəsində, Matviyenko bəyan edib ki, Rusiya Ermənistanla çoxşaxəli əməkdaşlığı inkişaf etdirməkdə və genişləndirməkdə maraqlıdır.

“Bu gün biz təbii müttəfiqik. Biz strateji tərəfdaşıq”, - o vurğulayıb.


SON XƏBƏRLƏR

06 Iyun 2025