Yaponiya Harvardda təhsillərini davam etdirə bilməyəcək yapon tələbələri qəbul etməyə, həmçinin onları mənzillə təmin etməyə başlayıb.
Bakıvaxtı.az "EFE" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın təhsil, mədəniyyət, elm, idman və texnologiya naziri Toşiko Abe açıqlama verib.
Onun sözlərinə görə, hökumət ölkədəki 90 universitetin ABŞ administrasiyasının əcnəbi tələbələrin qəbulunu və tələbə vizalarının verilməsini dayandırmaq qərarından zərər çəkmiş yapon tələbələrə yardım təklifini təsdiqləyib.
Yardım proqramında iştirak edən universitetlərə dövlət, Tokio Universiteti, Kyoto Universiteti, Tokio Elm Universiteti və özəl universitetlər daxildir.
Gülşən Şərif