• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Litva böyük hərbi şəhərcik inşa edir

DÜNYA

06 Iyun 2025 | 22:30 | Müəllif: Subhan Mahmudov

Litva böyük hərbi şəhərcik inşa edir

Litvanın Milli Müdafiə Nazirliyi Baltik dənizi sahilində milli diviziya və NATO hərbçilərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş hərbi şəhərciyin tikintisinə hazırlıq işlərinə başlandığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Litva müdafiə naziri Dovile Şakalene məlumat verib

"Kayray hərbi şəhərciyində Litva Silahlı Qüvvələrinin 1 500-ə yaxın hərbçisi yerləşdiriləcək. Buna görə də layihə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verəcək. Bu hərbi şəhərcik müharibə vəziyyətində əsas manevr bölməsinə çevriləcək yeni formalaşmaqda olan milli diviziya üçün lazımi infrastrukturu təmin edəcək", - müdafiə naziri bildirib.

Litvanın dövlət büdcəsindən 2030-cu ilə qədər tam icra olunacaq layihə üçün 520 milyon avro ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026