İranın qərbində yerləşən Həmədan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin xarici kəşfiyyat xidməti (Mossad) ilə əlaqəli olan şəxsi saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb. Nəşr qeyd edir ki, saxlanılan şəxs İranın hərbi və təhlükəsizlik mərkəzlərinin əməkdaşları haqqında məlumat toplayırmış.
Agentlik vurğulayır ki, gələcəkdə məlumatların xarici kəşfiyyat xidmətlərinə ötürülməsi planlaşdırılırmış.