ABŞ prezidenti Donald Tramp tikinti işləri zamanı gözlənilmədən Ağ Evin damında peyda olub.
Bakıvaxtı.az xəbər verir ki, o, jurnalistlərlə raketləri yerləşdirmək üçün yer axtardığını deyib.
"Cənab prezident, sizin orada nə işiniz var?" deyə soruşan jurnalistlərə Tramp “raketləri hara yerləşdirməyi axtarıram” cavabını verib.
ABŞ prezidenti kompleksin ərazisində raketlərin, o cümlədən nüvə başlıqlarına malik raketlərin yerləşdirilməsi üçün yer axtardığını bildirib.
Amerika lideri təhlükəsizlik və köməkçilərin müşayiəti ilə damda ümumilikdə təxminən 20 dəqiqə vaxt keçirib.