• Bakı 25° C

    8.4 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Zelenski Rusiyaya "xüsusi" sanksiyalar tətbiq etdi

DÜNYA

06 Iyul 2025 | 20:05

Zelenski Rusiyaya xüsusi sanksiyalar tətbiq etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar paketinin imzalandığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, bu paket "xüsusi" olmaqla əvvəlkilərdən fərqlənir. 

"Bunlar Rusiyanın bir çox maliyyə sxemlərini, xüsusən kriptovalyutanı vuran xüsusi sanksiyalardır. Ukrayna Milli Bankının tələbi ilə sanksiyalar tətbiq olunub. Bu sanksiyalar paketi Ukraynanın tərəfdaşları ilə sinxronlaşdırılıb", - deyə Zelenski bildirib. 

Zelenskinin sözlərinə görə, artıq bu sanksiya siyahısında olan yalnız bir şirkət vasitəsilə Rusiya əsasən hərbi ehtiyaclar, sənaye üçün milyardlarla dollar köçürə bilib.

"Əlbəttə, biz bütün sxemləri dayandıracağıq. İndi bir çox yerdə Rusiya üçün adi maliyyə marşrutları bağlandıqda, kriptovalyuta ödənişlərinə keçirlər", - Zelenski vurğulayıb.


SON XƏBƏRLƏR

05 Iyul 2025