• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şərurda sel daşqınlara səbəb oldu

CƏMİYYƏT

06 Iyul 2025 | 21:00 | Müəllif: Subhan Mahmudov

Şərurda sel daşqınlara səbəb oldu

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində müşahidə edilən sel daşqınlara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, daşqınlar rayonun Dərəkənd, Oğuzkənd və Xətai kəndlərinin ərazisindən keçən su kanallarına ziyan vurub. Həmçinin daşqın zamanı həmin ərazidəki iki tövləyə zərər dəyib.

Müvafiq qurumların əməkdaşları dərhal əraziyə baxış keçirib, lazımi işlər görülüb, daşqınların yaratdığı fəsadlar aradan qaldırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR