• Bakı 28° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

TBMM-də “Terror­suz Türkiyə” Komissiyası işə başlayıb

CƏMİYYƏT

05 Avqust 2025 | 17:32

TBMM-də “Terror­suz Türkiyə” Komissiyası işə başlayıb

Türkiyə Böyük Millət Məclisində (TBMM ) “Terror­suz Türkiyə” məqsədilə yaradılan yeni komissiya ilk iclasını keçirib.

Bakıvaxtı.az xəbər verir ki, açılışda çıxış edən TBMM sədri Numan Kurtulmuş ölkənin yarım əsrlik terrorla mübarizəsində yeni mərhələyə qədəm qoyulduğunu bildirib.

    Kurtulmuş silahların susmasının və terror təşkilatlarının fəaliyyətini dayandırmasının heç bir siyasi qurumun deyil, birbaşa xalq iradəsinin nəticəsi olduğunu vurğulayıb. O, bu prosesin həm Türkiyənin, həm də regionun sülh və sabitliyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.

    Komissiyanın fəaliyyət prinsiplərinin “şəffaflıq və açıqlıq” olacağını bildirən Kurtulmuş prosesə akademiklər, hüquqşünaslar, QHT-lər və ictimaiyyət nümayəndələrinin də cəlb ediləcəyini açıqlayıb.

    “Bu masa xalqın vicdanı ilə qurulub. Demokratik və hər kəsin özünü aid hiss etdiyi bir Türkiyə üçün birlikdə çalışacağıq”, – TBMM sədri qeyd edib.


    SON XƏBƏRLƏR