• Bakı 17° C

    0.73 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Bulvarda çay BAHALAŞIB, yoxsa vətəndaşlar ALDADILIR? - Birində 9, digərində 5...

CƏMİYYƏT

05 Avqust 2025 | 16:48

Bulvarda çay BAHALAŞIB, yoxsa vətəndaşlar ALDADILIR? - Birində 9, digərində 5...

Dənizkənarı Milli Park ərazisində yerləşən “Mirvari” kafesində qarşılaşdığı qiymət fərqliliyi sosial şəbəkədə etirazla qarşılanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə paylaşım edib.

Zərərçəkən qeyd edib ki, Türkiyədən gəlmiş rəfiqəsi ilə birlikdə kafedə iki çaynik çay və kiçik bir qabda qarpız mürəbbəsi sifariş edib. Gecənin sonunda isə təqdim edilən hesab 26 manat 40 qəpik olub. Kafe əməkdaşları bildiriblər ki, bir çaynik çay 9 manat dəyərindədir, amma təqdim olunan çekdə bu məbləğ 8 manat kimi göstərilib.

Jurnalist bildirib ki, kafeni tərk etdikdən sonra eyni binanın yuxarı mərtəbəsində yerləşən restoran əməkdaşlarından çay qiyməti ilə maraqlanıblar və orada bir çaynik çayın 6-7 manat olduğu bildirilib. Daha sonra Aida Eyvazlı başqa gün “Şirvanşah” restoranında qonaqlarla birgə olarkən çaynik çayın 5 manata təqdim edildiyini qeyd edib.

Aida Eyvazlı bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Səbail rayon İcra Hakimiyyətinə, Dənizkənarı Bulvar İdarəsinə və digər aidiyyəti qurumlara müraciət edərək bildirib:

“Məgər vətəndaşı bu dərəcədə soymaq hansı qanunla tənzimlənir? Niyə istirahət obyektlərində, restoranlarda məhsulların qiyməti vahid standartla tənzimlənmir? Bu ölkəyə gələn turistə, vətəndaşa qarşı nə vaxta qədər belə quldurluq ediləcək?”

Sosial şəbəkədə ciddi rezonans doğuran bu paylaşım ictimaiyyətin də haqlı narazılığına səbəb olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Noyabr 2025