• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Astarada pir YANDI

HADİSƏ

06 Iyul 2025 | 21:11

Astarada pir YANDI

Astarada qəbiristanlıqda yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Anidən qəbiristanlıq ərazisində quru ot kütləsinin alovlanması nəticəsində yanğın sürətlə genişlənib.

Yanğın zamanı Seyid Əhməd piri kimi tanınan tikilinin bir hissəsi də alovdan zərər görüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yerli sakinlərin də fəal iştirakı ilə alov qısa müddətdə lokallaşdırılıb.

Buna baxmayaraq, təxminən 2 hektara yaxın sahədə ot örtüyü və qəbiristanlıq zərər çəkib. Pirin bir hissəsi yanıb, lakin yanğının ətrafdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Hazırda ərazidə soyutma və nəzarət işləri aparılır. Yanğının baş vermə səbəbi araşdırılır./Teleqraf


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025