• Bakı 32° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Polis bu rayonda təcili əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO

HADİSƏ

05 Avqust 2025 | 12:17

Polis bu rayonda təcili əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO

Ağcabədidə 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mərbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 


SON XƏBƏRLƏR

04 Avqust 2025