• Bakı 32° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Naxçıvanda yaşayış binasında yanğın - sakinlər təxliyə olunub

HADİSƏ

05 Avqust 2025 | 11:58

Naxçıvanda yaşayış binasında yanğın - sakinlər təxliyə olunub

Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşayış binasının zirzəmisində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20-ə yaxın sakin təxliyəsi həyata keçirilib.

Mənzillər yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

04 Avqust 2025