• Bakı 32° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Xocalıda yanğına səbəb olan şəxslər saxlanılıb

HADİSƏ

05 Avqust 2025 | 11:55

Xocalıda yanğına səbəb olan şəxslər saxlanılıb

Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.

M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.


SON XƏBƏRLƏR

04 Avqust 2025