• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Xarkova PUA hücumu: 2 nəfər ölüb, 11nəfər...

DÜNYA

06 Iyul 2025 | 11:09 | Müəllif: Subhan Mahmudov

Xarkova PUA hücumu: 2 nəfər ölüb, 11nəfər...

Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Xarkov şəhəri və eyniadlı bölgənin 13 yaşayış məntəqəsinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov özünün teleqram kanalında bildirib.

Zərbələr nəticəsində 2 nəfərin öldüyü, 11-nin yaralandığı deyilir.

Sinegubov qeyd edib ki, Xarkova hücumda PUA-lardan, idarə olunmayan hava raketlərindən istifadə olunub.

Qeyd olunur ki, PUA hücumu nəticəsində 14 yaşayış binası, idman kompleksi, stomatoloji klinika, kafe, 2 mağaza, qeyri-yaşayış binası və 4 avtomobilə ziyan dəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026