Portuqaliyanın şimalında, xüsusilə Vila Real və Mondim de Basto bölgələrində baş verən meşə yanğınlarını nəzarət altına almaq üçün 800-dən çox insan, 282 texnika və 9 hava vasitəsi cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, yanğınsöndürənlərə Latviyadan gələn 16 nəfərlik xüsusi bölmə komandası da dəstək verir.
Qeyd edilib ki, hökumət avqustun 7-nə qədər xəbərdarlıq vəziyyətini qüvvədə saxlayır.
Məlumata görə, İspaniyada isə 42 dərəcəyə çatan istilər səbəbilə bir nəfər ölüb və meşə yanğınları təhlükəsi yüksək olaraq qiymətləndirilir.
Bildirilib ki, mütəxəssislər Pireney yarımadasında istilərin həftə sonuna qədər davam edəcəyini bildirir.
Əli Hüseynov